Danışmaq gümüşdürsə, susmaq qızıldır...
Bəs işi danışmaq, problemləri həll etmək, dövlət vətəndaş arasında əlaqə yaratmaq olan peşə sahibləri necə? Onlarındamı iş zamanı susması qızıl sayılmalıdır?
Bu yaxınlarda 2021-ci ilin stenoqramlarına əsasən meclis.info-da yayımlanan statistika bizə göstərdi ki, Milli Məclisə seçilən 16 deputatımız da, susmaq qızıldır kəlamını əsas götürərək, il ərzində bir dəfə də çıxış etməyiblər.
Bizim.Media olaraq susan16 deputatdan millət vəkili Anatoliy Rafailov-un fikirlərini öyrənməyə çalışdıq.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkilləri İsrailə səfər edəcəklər
Millət vəkili zəngimizə cavab olaraq bildirdi ki, hal-hazırda o, İsraildə istirahətdədir:
“İstirahətimlə əlaqədar olaraq indi Azərbaycanda deyiləm. Hələ ki, mövzu ilə bağlı danışmaq istəmirəm. Sentyabrda Bakıya geri döndüyüm zaman mənə ünvanladığınız sualları cavablandıracağam”.
Leyla Şah, Bizim.Media