İsrailin Azərbaycandakı səfiri Salman Rüşdinin bıçaqlanması haqda danışdı - VİDEO

İsrailin Azərbaycandakı səfiri Salman Rüşdinin bıçaqlanması haqda danışdı - VİDEO

Hazırda oxunan: İsrailin Azərbaycandakı səfiri Salman Rüşdinin bıçaqlanması haqda danışdı - VİDEO

89151

İsrailin Azərbaycandakı səfiri Corc Dik şənbə günü məşhur yazıçı Salman Rüşdinin bıçaqlanmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter-də video paylaşıb.

Səfir fikirlərinə “Elə edin ki, İran rejimi sizi qorxutmasın” sözləri ilə başlayıb.

“Bu qatil rejimin təhdidlərini ciddi qəbul edin. Sizi qorxutmasına imkan verməyin, fikrinizi yayındırmayın”, – Dik qeyd edib.

“Yazıçı Salman Ruşdinin çıxışından əvvəl bıçaqlandığını eşidəndə fikirlərimi təsəvvür edə bilərsiniz... İran da onu ölümlə hədələyib.

İranın Ayətullası 1989-cu ildə Rüşdinin küfr hesab edilən və müsəlman dünyasında bir çoxlarının qəzəbinə səbəb olan “Şeytan ayələri” kitabı nəşr edilikdən sonra ona qarşı fətva verib”- deyə o yekunlaşdırıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO