İlham Əliyevdən türkmənistanlı səfirə: “Mənə dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz”

İlham Əliyevdən türkmənistanlı səfirə: “Mənə dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz”

Hazırda oxunan: İlham Əliyevdən türkmənistanlı səfirə: “Mənə dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz”

88862

“Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edərkən səsləndirib.

“Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO