İsrail və Fələstin arasında nə baş verir? – Əcnəbi siyasətçilər səbəb kimi İRANI göstərdilər - EKSKLÜZİV

İsrail və Fələstin arasında nə baş verir? – Əcnəbi siyasətçilər səbəb kimi İRANI göstərdilər - EKSKLÜZİV

Hazırda oxunan: İsrail və Fələstin arasında nə baş verir? – Əcnəbi siyasətçilər səbəb kimi İRANI göstərdilər - EKSKLÜZİV

88593

Ötən həftənin çərşənbə axşamı İsrail qüvvələrinin İordan çayının qərb sahilində Fələstin İslami Cihad komandiri Bassam əl-Sədini həbs etməsindən sonra gərginlik artıb.

Hazırda atəşkəsin əldə edilməsinə baxmayaraq iki ölkə arasında baş verən müharibə atmosferində onlarla insan həyatını itirdi.

Bizim.Media baş verən proseslərə daha dərindən nəzər salmaq üçün mövzunu İsrailli və amerikalı siyasətçilərlə araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İranda yoxsulluq 60%-ə çatdı 


Siyasətçilər və təhlilçilər son həftələrdə İsrail və Fələstin arasında yaranan qarşıdurmanın arxasında fərqli əllərin olmasını qeyd edirlər.

İsrailli jurnalist, siyasi təhlilçi Şmuel Elmas saytımıza açıqlamasında qeyd edir ki, qarşıdurmanın arxasında dayanan əsas güc İrandır:

“Bütün dünyada olduğu kimi, İran rejimi də regional sabitliyə zərbə vurmaq məqsədi ilə muzdlu əsgərlərini “Fələstin İslami Cihadı”na göndərib. Ancaq bildiyimiz kimi, İDF (İsrail Müdafiə Qüvvələri) bölgənin ən güclü ordusudur və buna görə də Fələstin İslami Cihadı bu əməliyyatı çox ağır vəziyyətdə - hərbi səviyyədə və Qəzza daxilində uursuz başa vurdu. Onların çox zəif raketləri Qəzza vətəndaşlarına zərbə endirdi”, - deyə Ş.Elmas qeyd edib.

Ameriaklı siyasətçilər və politoloqlar da hesab edirlər ki, pərdəarxasında savaşan Fələstin yox, İrandır. Amerikalı ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman bildirir ki, HƏMAS-ı silahlandıran İran İslam Respublikasıdır: 

“İran qəsdən HƏMAS-ı silahlandırır, maliyyələşdirir və dəstəkləyir və İsraillə hərbi qarşıdurmalara səbəb olur.

İslamçı Fələstin qruplaşmalarını və terror təşkilatlarını vəkil və müttəfiqlərə çevirib, yeganə məqsəd Yəməndə İraq milisləri, Hizbullah və Husilərlə birlikdə İsraili mühasirəyə almaqdır. Hizbullah yüz minlərlə uzaq məsafəli raketlərə sahib olduğu üçün İsrail üçün uzunmüddətli perspektivdə bu qrupların ən təhlükəlisidir.

HƏMAS indiyədək Dəmir Qübbəyə qarşı nisbətən səmərəsiz olduğu sübut edilmiş daha az təkmil silahlara arxalanır, lakin İranın dəstəyi sayəsində zamanla öz arsenalının təkmilliyini artırıb”, - İ.Tsukerman deyib. 

İranın gizli oyunçu olduğunu varsaydığımızda yaranan sual hər kəsə aydındır. – İsrail İrana qarşı müharibəyə başlayacaqmı? Tsukerman hesab edir ki, yaranan sual normal qəbul edilsə də, İsrailin İranla müharibə etməsi güc balansları baxımından mümkünsüzdür.

“İsrail özünümüdafiə məqsədilə gizli və ya məhdud hərbi tədbirlər görməyə davam etsə də İranla birbaşa konvensional münaqişəyə girə bilməz və bunu etməyəcək.

Kiçik bir ölkə kimi İsrailin İranın hərbi imkanlarına qarşı ciddi tədbirlər görmək üçün kifayət qədər qüvvəsi yoxdur və onun ərəb dünyasındakı qonşuları regional müharibə vəziyyətində geri çəkilməyəcək; onlar yalnız Suriyada və ya sularda məhdud müdafiə əməliyyatları və ya gizli fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər.

Uzunmüddətli asimmetrik müharibə ayrı bir ehtimaldır; çox şey İsrailin Livanla bir növ sülh razılaşmasına gələ bilməyəcəyindən və Əsədlə məhdud razılaşmanın kəsilə biləcəyindən asılı olacaq”, - deyə amerikalı siyasi şərhçi əlavə edib.

Siyasi proseslərə nəzər yetirdiyimiz zaman gəldiyimiz qənaət isə müharibə riskini daha da gücləndirmiş olur. Pentaqon rəhbərliyinin İsraildə müəyyən görüşlər keçirməsi yeni müharibə zamanı İsrailin İranla yalnız deyil, ABŞ-ın dəstəyi və birbaşa iştirakı ilə baş tutacağını deməyə əsas verir.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO