Avqustun 12-də Türkiyə Respublikasının İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin aidiyyəti qurumlarının nazir müavinləri səviyyəsində TDT-nin Nəqliyyatı əlaqələndirmə komitəsinin iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub.
Eyni zamanda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:37 / 12.08.2022
Türk Dövlətləri Təşkilatı nazir müavinlərinin görüşü keçirildi - FOTO
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı nazir müavinlərinin görüşü keçirildi - FOTO
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı nazir müavinlərinin görüşü keçirildi - FOTO
88337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.