Rusiyalı siyasətçi Peskovun “Bayraktar” zavodu vurulacaq” iddiasını şərh etdi - EKSKLÜZİV

Rusiyalı siyasətçi Peskovun “Bayraktar” zavodu vurulacaq” iddiasını şərh etdi - EKSKLÜZİV

Hazırda oxunan: Rusiyalı siyasətçi Peskovun “Bayraktar” zavodu vurulacaq” iddiasını şərh etdi - EKSKLÜZİV

88113

"Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üçün zavod inşa edildiyi təqdirdə, o, məhvə, yəni silahsızlaşdırmaya məruz qalacaq. Ankara ilə tərəfdaşlığımız isə bu qərara heç bir şəkildə təsir etməyəcək". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib.

O, bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan Rusiya rəhbərliyi əsas vəzifənin Kiyev rejiminin tam demilitarizasiyası və denazifikasiyası olduğunu vurğulayırdı:

“Bu mövzuda Ukraynaya silahla kömək etməyə çalışan və ya Rusiya prezidentinin silahlı qüvvələr qarşısında qoyduğu vəzifələrə qarşı çıxan bütün ölkələrə dəfələrlə birmənalı xəbərdarlıq edilib. 

Müvafiq olaraq, Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üçün zavodun Ukraynada inşası halında, o, məhvə, yəni silahsızlaşdırmaya məruz qalacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məhz bunu nəzərdə tuturdu. Və Ankara ilə tərəfdaşlığımız bu qərara heç bir şəkildə təsir etməyəcək. İlkin elan edilmiş və dəyişməmiş oyun qaydaları da daxil olmaqla, ölkəmiz üçün belə bahislərin (iddia) nə qədər yüksək olduğunu hər kəs yaxşı bilməlidir" - deyə Rus politoloq fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO