Kanada Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda Kanadanın Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğu bir daha bəyan edilib:
“Ölkələrimiz 30 il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün işgüzar əlaqələri inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik. Bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur.
BMT və ATƏT kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik".
Bəyanatda vurğulanıb ki, gələcək illərdə də dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağa çalışılacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:57 / 10.08.2022
Kanada XİN: "Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcəyik"
Hazırda oxunan: Kanada XİN: "Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcəyik"
Hazırda oxunan: Kanada XİN: "Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcəyik"
87968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.