İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabı ilə yenidən gündəmə gəlib.
Bİzim.Media xəbər verir ki, səfir "Twitter" hesabında sözügedən kitabı əldə edə bilməyənlərə üçün hədiyyə kampaniyasına start verib.
Kampaniya çərçivəsində 20 kitabın istifadəçilərə verilməsi planlaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
“Təbrizin sehrli nağılları” kitabını hansı PREZİDENTLƏR oxuyub? – ARAŞDIRMA
"Bunun üçün sadəcə kağız üzərində “I Love The Mysterious Tales of Tabriz” yazmaq, onu sosial media səhifələrində paylaşmaq, #mysterioustalesoftabriz həştəqini əlavə etmək və diplomatın səhifəsini işarələmək lazımdır.
Bunu edən ilk 20 nəfər kampaniyanın qalibi hesab olunacaq və səfirlikdən kitab hədiyyəsi qazanacaq", - deyə səfir bildirib.
Bİzim.Media