"İran rəsmiləri Azərbaycana ögey bölgə kimi baxırlar" - Keçmiş vali - VİDEO

Hazırda oxunan: "İran rəsmiləri Azərbaycana ögey bölgə kimi baxırlar" - Keçmiş vali - VİDEO

85648

Şərqi Azərbaycan əyalətinin keçmiş başçısı Məhəmmədəli Sübhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə yad münasibəti və ayrı-seçkiliyi barədə çıxışı sosial mediada geniş yayılıb.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, başqa bölgələrə nisbətən ayrı-seçkiliklə üzləşdiyini deyən Sübhanullahi bu günədək əldə edilən uğurların yalnız Azərbaycanın özünün qazandığını, bunun mərkəzə aidiyyatı olmadığını söyləyib. 

"Bir vaxtlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib"- deyə, keçmiş vali Azərbaycan və Təbrizin geri saxlanıldığını vurğulayıb.  

Qeyd edək ki, İranın rəhbəri Əli Xameneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti və digər rəsmilər Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu vaxtaşırı dilə gətiriblər. Onlar bunu Azərbaycan bölgələrinin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olduğu ilə əlaqələndiriblər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO