Azərbaycanın yeni geosiyası həmləsi - “Cənub nəqliyyat dəhlizi”

Azərbaycanın yeni geosiyası həmləsi - “Cənub nəqliyyat dəhlizi”

Hazırda oxunan: Azərbaycanın yeni geosiyası həmləsi - “Cənub nəqliyyat dəhlizi”

8539

11 Yanvar görüşündən sonra erməni mediasında Azərbaycanın əsas nəqliyyat yollarını cənubdan, Araz çayı istiqamətindən aparması məsələsi gündəmə gətirilib. Erməni kütləvi informasiya vasitələri Azərbaycanı məqsədli şəkildə önəmli nəqliyyat və kommunikasiya yollarını Dağlıq Qarabağdan yan keçirməkdə ittiham edirdi.

Son günlərdə qondarma rejimin xarici işlər naziri David Babayan nəqliyyat infrastrukturu ilə bağlı razılaşmanın Dağlıq Qarabağa da şamil olunacağına ümid edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Moskvada Azərbaycanın qələbəsini təsdiq etdi - TƏHLİL


Ermənistan mətbuatının açıqlamaları və rəsmi şəxslərin mövqeyinə baxdığımızda erməni tərəfini narahat edən bəzi məsələlərin olduğunu aydın görə bilirik.

Ondan başlayaq ki, Dağlıq Qarabağda hazırda rus sülhməramlıları yerləşib. Lakin sülhməramlılar üçün zəruri logistik fəaliyyətlər Azərbaycanın Yevlaxdakı hava limanı vasitəsilə icra olunur.

Halbuki Xankəndidə bu məqsədlər üçün alternativ hava limanı var idi. Hər nə qədər 44 günlük müharibə nəticəsində zərər görmüş olsa da hava limanını istifadəyə yararlı vəziyyətə gətirmək o qədər də çox vaxt almazdı.

Hətta Rusiya tərəfi bir neçə dəfə burdakı hava limanını təmir edəcəkləri ilə bağlı mesaj versələr də bu istiqamətdə hələ də ciddi bir iş görülməyib.

Bu məsələdə Azərbaycanın prinsipial mövqeyi də öz sözünü deyir.

Əvəzində isə Azərbaycan Füzulidə beynəlxalq hava limanının tikiləcəyi ilə bağlı məlumat verdi. İlk anda bu ideya o qədər də məntiqli görünmürdü.

Nəticədə Xankəndidə hava limanı var idi və Azərbaycanın ordan istifadə etmək haqqına malik idi. Lakin 11 yanvar görüşündən və əldə olunan razılaşmalardan sonra daşlar öz yerinə oturmağa başlayanda atılan addımların məntiqi də aydın olmağa başlayır.

İlk olaraq onu qeyd edək ki, erməni mediasının da qeyd etdiyi kimi, Azərbaycanın gələcək üçün nəzərdə tutduğu nəqliyyat yolları Araz çayı boyunca cənub sərhədlərimizdən keçir.

Azərbaycanı Ermənistan, Naxçıvan və Türkiyə ilə birləşdirəcək olan bu nəqliyyat dəhlizi yükdaşımaların böyük bir hissəsini icra etməyə imkan verəcək və şimaldakı Gürcüstan vasitəsilə aparılan yükdaşımalara alternativ xətt təşkil edəcək. 

Şuşaya Ağdamdan ya da başqa rayondan yox məhz Füzulidən yol çəkilməsi də bu baxımdan daha məntiqli görünür. Çünki Füzuli cənub nəqliyyat dəhlizi üzərində yerləşən olduqca önəmli yaşayış məntəqəsidir.

Füzulidəki beynəlxalq hava limanının olması da nəqliyyat dəhlizinin əhəmiyyətini daha da yüksəldir. 

Bütün əsas daşınmaların cənub dəhlizinə yönləndirilməsi isə başda Xankəndi olmaqla Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilərinin əhəmiyyətini olduqca azaldır. Daha işlək və əsas nəqliyyat dəhlizinə yaxın olan Füzuli hava limanı ilə müqayisədə Xankəndi hava limanı ikinci, bəlkə də üçüncü dərəcəli önəmə malik olacaq. 

Ermənistanla əsas nəqliyyat cənub dəhlizi ilə həyata keçirləcəyi üçün də Laçın koridorunun iqtisadi və dolayısı ilə də strateji əhəmiyyəti arxa plana düşmüş olacaq.

Cənub dəhlizinin coğrafi olaraq əlverişli olması Qarabağın digər bölgələrinə Ermənistan tərəfindən səfərləri də daha əlverişli hala gətirəcək.

Digər tərəfdən cənub dəhlizi və Füzuli hava limanı layihələri Dağlıq Qarabağdakı Rus sülhməramlılarını da öz logistik ehtiyaclarını Azərbaycan üzərindən icra etməsi ilə nəticələnək.

Bu amil isə Azərbaycan üçün sülhmıramlıların Dağlıq Qarabağdakı fəaliyyətlərini dolayısı ilə nəzarətdə saxlamağa imkan verəcək.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO