“Vətən müharibəsində media kütləvi dezinformasiyaların qarşısının alınmasında böyük rol oynayıb” - Prezident

“Vətən müharibəsində media kütləvi dezinformasiyaların qarşısının alınmasında böyük rol oynayıb” - Prezident

Hazırda oxunan: “Vətən müharibəsində media kütləvi dezinformasiyaların qarşısının alınmasında böyük rol oynayıb” - Prezident

84874

"Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir.

Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb". 
 

MÖVZU İLƏ BAĞLI:

“Jurnalistlər prinsipiallıq nümayiş etdirməli, cəmiyyətin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar” – İlham Əliyev 


Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətində yer alıb. 

Dövlət başçısı qeyd edib ki, media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO