“Bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək” - Çavuşoğlu

“Bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək” - Çavuşoğlu

Hazırda oxunan: “Bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək” - Çavuşoğlu

8468

Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik.

Bizim.Media “Anadolu” agentliyinə istinadən məlumat verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu atəşkəs çox əhəmiyyətlidir və qorunmalıdır: 

“Bundan sonra erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini və Azərbaycanın işğal altındakı bütün torpaqlarda suverenliyini tanıyacaq qalıcı bir siyasi həllə gedən yolu açmasını gözləyirik.

Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.

Çavuşoğlu bildirib ki, birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir.

“Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər. Həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar”,- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO