Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir

Hazırda oxunan: Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir

84460

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Brüsselə işgüzar səfərə YOLLANDI


Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.

Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO