“Qarabağda heç bir “özünü müdafiə ordusu” ola bilməz” - DEPUTAT

“Qarabağda heç bir “özünü müdafiə ordusu” ola bilməz” - DEPUTAT

Hazırda oxunan: “Qarabağda heç bir “özünü müdafiə ordusu” ola bilməz” - DEPUTAT

84452

“Özünü müdafiə ordusu nə deməkdir? Bu, separatçıların nə zamansa yenidən müharibə aparmaq niyyətindən xəbər verir və biz ona yol verməməliyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın Qarabağda yerləşdirdiyi silahlı qüvvələri çıxaracağı barədə verdiyi açıqlama ilə yanaşı, separatçılarının “müdafiə ordusunun” Qarabağda olub və olmaqda davam edir” fikrinə münasibət bildirərkən deyib. 

Deputat qeyd edir ki, Qarabağın hər hansı bir şəkildə özünümüdafiə birləşmələri ola bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılır


“10 noyabr bəyanatına uyğun olaraq Ermənistan bunu çoxdan etməli idi. Özünümüdafiə məsələsinə gəldikdə isə, Qarabağın hər hansı bir şəkildə özünümüdafiə birləşmələri ola bilməz. Bu gün ərazidə sülhməramlılar var. Sabah isə həmin ərazinin müdafiəsi məsələsi ancaq Azərbaycanın nəzarəti altında olacaq. Müdafiəni Azərbaycan özü təmin edəcək”.

F.Mustafanın fikrincə, Qriqoryan tərəfindən verilən açıqlama yarımçıq olmaqla yanaşı, əslində Qarabağda separatizmi müəyyən dərəcədə dəstəkləməkdə davam etmələri anlamına gəlir:

“Azərbaycan buna imkan verə bilməz. Fikrimcə, Azərbyacan tərəfi Qriroryanın separatçı qanunsuz silahlı tör-töküntülərlə bağlı bu son ifadəsinə sərt mövqe ortaya qoymalıdır. Qarabağda hərbi xidmətə çağırış ancaq Azərbaycan Ordusunda olmaqla Azərbaycanın tabeliyində gerçəkləşə bilər. Qarabağın “müdafiə ordusu”na ehtiyac yoxdur. Bu cür birləşmələrin mövcudluğu separatçıların nə zamansa yenidən müharibə aparmaq niyyətindən xəbər verir və ona yol verməməliyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO