Bir neçə aydan sonra ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bəs partiya və birliklər bu seçkiyə hansı formatda qatılmaq haqda fikirləşirlər?
Moderator.az-a açıqlama verən Respublikaçı Alternativ Hərəkatının “REAL”x9d icraçı katibi Natiq Cəfərli bildirdi ki, onlar seçkiyə heç bir təşkilatla birlik yaradaraq qatılmayacaqlar:
"“REAL”x9d bu seçkidə iştirak edəcək, artıq biz bir sıra namizədlərimizi də müəyyən etmişik. Avqust ayında dairələrdə iştirak edəcək namizədlərimizin tam siyahısı məlum olacaq. Son zamanlar bir sıra regionlara səfər edib namizədlərimizin hansı regionda daha şanslı ola biləcəyinə dair təhlillər aparmışıq. Seçkidə heç bir partiya və qurumla birgə çıxış etmək fikirimiz yoxdur, bizə bununla bağlı təkliflər gələsə də "yox" demişik. Biz yalnız əməkdaşlığa razıyıq, seçki günü məntəqələrdə partiya və qurumlardan olan nümayəndələrlə birgə əməkdaşlıq edə bilərik.”x9d
Xəyal Əzizov



































































































