“Bundan sonra müharibə olacaqsa, ancaq Ermənistan ərazisində baş verəcək” - POLİTOLOQ

“Bundan sonra müharibə olacaqsa, ancaq Ermənistan ərazisində baş verəcək” - POLİTOLOQ

Hazırda oxunan: “Bundan sonra müharibə olacaqsa, ancaq Ermənistan ərazisində baş verəcək” - POLİTOLOQ

83865

Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bu günlərdə mətbuata açıqlamasında bildirib ki, qarşıdakı 6 ay müddətində Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri normallaşmazsa, hər an yeni münaqişə ilə qarşı-qarşıya qala bilərik. Onun fikrincə, yeni müharibənin tərəfləri isə heç də Ermənistan və Azərbaycan olmayacaq, bölgədə Ukrayna böhranına bənzər ciddi bir konflikt ocağı yarana bilər. 

Bu barədə Bizim.Media-ya açıqlama verən politoloq Xəyal Bəşirov bölgəmizdə Ukrayna konfliktinə bənzər ciddi toqquşmaların ola biləcyi ehtimalını aşağı hesab edir.

Bu səbəbdən həmsöhbətimiz, regionda lokal toqquşmaların ola biləcəyini istisna etməsə də, onun qlobal səviyyəli münaqişəyə çevrilməsi ehtimalının “sıfır” səviyyəsində olduğu qənaətindədir: 
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə erməni TƏXRİBATLARI -  “Biz onlarla kifayət qədər mülayim davranmağa çalışırıq” - EKSPERT 


“Ukraynanı heç zaman Ermənistanla eyniləşdirmək olmaz. Dövlət olaraq dünyada baş verən proseslərdə oynadığı rola, strateji baxımdan yerləşmə mövqeyinə görə, Ukraynanı heç zaman Ermənistanla eyniləşdirmək olmaz. Azərbaycan 44 günlük müharibədən sonra əsrlər boyu maraqların toqquşduğu regionumuzu artıq maraqların uzlaşdığı bir regiona çevirib. 3+3 formatında əməkdaşlıq təklif etmişik və əsas dövlətlər prosesdə iştirakda maraqlıdır. 

Bakı və Ankaranın İrəvanla münasibətlərinin normallaşmayacağı təqdirdə yeni konfliktin alovlanması və onun daha qlobal səviyyəli qarşıdurmaya gətirib çıxaracağı ehtimalı inandırıcı səslənmir. 

Daha qlobal səviyyəli qarşıdurma, Rusiya, İran, ABŞ və Qərbin prosesə müdaxiləsi demək olacaq. Bakının Rusiya ilə münasibəti qonşuluq, bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraitində inkişaf edir. İranla münasibətlərimiz də göstərir ki, bu münasibətlər nə qədər həssas olsa da, Ermənistanın təsir edə biləcəyi münasibətlər deyil. Bakının ABŞ və Avropa İttifaqı ilə münasibətləri də göstərir ki, bu istiqamətdə də əlaqələr normal məcradadır. Ona görə də qlobal səviyyədə münaqişənin yaranacağı barədə ortalıqda heç bir əsas yoxdur”. 

Ekspert qeyd edir ki, Ukrayna münaqişəsi əksinə, Cənubi Qafqazı daha əhəmiyyətli regiona çevirib:

“Mərkəzi Asiyanın karbohidrogen resursları, Xəzərdəki neft-qaz məhsulunun dünya bazarına çıxması, Zəngəzur dəhlizinin açılması baxımından regionumuzda növbəti münaqişənin alovlanmasında heç bir dövlət maraqlı deyil. Əksinə, onların sülhün bərqərar olmasında maraqlıdırlar. Yeganə maraqlı olacaq qüvə İrəvan ola bilər. Amma onun da gücü buna çatmır. İrəvanın ATƏT-in Minsk qrupunu, status məsələsini, Dağlıq Qarabağ ifadəsini gündəmə gətirmək cəhdləri də iflasa uğrayıb”. 

X. Bəşirov bildirir ki, müharibə olsa da belə bu, Ermənistanın öz ərazisində baş verəcək və Azərbaycanın öz tarixi ərazilərini də bərpa etməsilə nəticələnəcək.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO