Litvalı parlamentarilər Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

Litvalı parlamentarilər Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

Hazırda oxunan: Litvalı parlamentarilər Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

83699

İyulun 14-də ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.
Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər. 

Litvalı parlamentarilərə Şəhidlər xiyabanı və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. 

Ziyarət zamanı Litva parlamentinin nümayəndə heyətini Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev müşayiət ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO