24 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib

24 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib

Hazırda oxunan: 24 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib

82813

Vətən müharibəsindən sonra 24 nəfər (18 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib. 

Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanmış şəxslər olub. Beləliklə, Vətən müharibəsi və sonrakı dövrdə 19 nəfər (2 nəfər mülki, 17 hərbçi) əsir və girovluqdan azad edilib. 

O da bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. 
Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında məlumat qeyd edilmişdi. Komissiyanın saytı müasir çağırışları nəzərə alaraq yenilənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO