Qırğızıstanda erməni təxribatının qarşısı alındı – Bişkekdən ÖZƏL AÇIQLAMA

Qırğızıstanda erməni təxribatının qarşısı alındı – Bişkekdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Qırğızıstanda erməni təxribatının qarşısı alındı – Bişkekdən ÖZƏL AÇIQLAMA

82798

Bişkekdə erməni yalanlarının təbliğinə xidmət edən filmin yayımlanmasının qarşısı alınıb. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədov bildirib ki, 3 ölkənin istehsalı olan təxribat xarakterli filmin Kyrgyzcinema.com saytında Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də saat 11-də “Si Le Vent Tombe” (“Əgər külək əsərsə”) nümayiş olunacağı anons edilib:

Filmin nümayişi Çingiz Aytmatov adına Kino Evində keçiriləcəkdi. Dərhal Bişkekdə fəaliyyət göstərən “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyevlə birlikdə Kino evinin direktoru Gülmira Kərimova ilə əlaqə saxladıq.

Sözügedən filmin mahiyyətini izah edib və ləğv olunmasını tələb etdik. Direktora söylədim ki, Qırğızıstanla Azərbaycan arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
 

Belə təbliğat xarakterli filmin nümayiş olunması həmin müqaviləyə zidd addımdır. Bu birbaşa olaraq Ermənistanın Azərbaycana qarşı təxribatı sayılır. Filmin çəkilişində Fransa və Belçika da daxil olmaqla, üç dövlətin adı çəkilirdi. Etirazlarımızla həmin dövlətlərə də bir növ mesaj vermiş olduq.


Qeyd edim ki, Kino Evinin Direktoru Gülmira Kərimova Azərbaycanı çox yaxşı tanıyır və Qırğızıstanda “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondu”nun  təşkilatçılığı ilə “Xoca” filminin dublajını edib. O zaman “Xoca” filmi Qırğız dilində demək olar ki, Qırğızstanın bütün telekanallarında göstərilmişdi. Bununla yanaşı fondumuz başqa daha üç Azərbaycan filminin də nümayişini həyata keçirib.

Əsas məqsədimiz Qırğızıstanda Azərbaycanın ərazi bütövlüyünü və mədəniyyətini  təbliğ etməkdir.

Mən 1980-cı ildən Qırğızıstanda yaşayıram və bir gün belə olsun azərbaycanlı olduğumu unutmamışam. Bundan sonra da, Azərbaycanın maraqlarını qorumağa çalışacağam. Həmçinin xaricdə yaşayan bütün azərbaycanlıları bu tipli təbliğatların qarşısını almağa və erməni yalanlarını ifşa etməyə səsləyirəm”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO