Parlament iclaslarının videokonfransla keçirilməsi müddəti artırıldı

Parlament iclaslarının videokonfransla keçirilməsi müddəti artırıldı

Hazırda oxunan: Parlament iclaslarının videokonfransla keçirilməsi müddəti artırıldı

8274

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklikləri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, dəyişikliklə Milli Məclisin plenar iclaslarının videokonfrans sistemi ilə keçirilməsi üçün nəzərdə tutulan vaxt aradan qaldırılıb.

Nizamnaməyə dəyişikliklə, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər.

Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO