“Ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi təklif olunub” - Ceyhun Bayramov 

“Ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi təklif olunub” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi təklif olunub” - Ceyhun Bayramov 

82706

44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları Azərbaycan Ordusunun şücaəti ilə azad olunub. Bu, Azərbaycan tarixin ən şanlı səhifələrindən biridir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib. 

Nazirin sözlərinə görə, postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün böyük imkanlar açır:

“Azərbaycan sülh gündəliyini gündəmə gətirib. Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO