İranlı siyasətçi: “Tehran Zəngəzur dəhlizinin reallaşmasını istəmir” - MÜSAHİBƏ

İranlı siyasətçi: “Tehran Zəngəzur dəhlizinin reallaşmasını istəmir” - MÜSAHİBƏ

Hazırda oxunan: İranlı siyasətçi: “Tehran Zəngəzur dəhlizinin reallaşmasını istəmir” - MÜSAHİBƏ

82578

“Bildiyiniz kimi, son Ukrayna-Rusiya müharibəsi regionda balansı və dünyada güc balanslarını dəyişməkdədir. Rusiyanın enerji ixracının 90 faizi əlindən alınır. Xüsusən qaz ixracı. Belə olduqda enerji dəhlizlərinin əhəmiyyəti daha da artır. Avropaya əsas enerji ixraclarından biri də Bakı-Tbilisi-Ceyhan kəməridir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı İsveçdə yaşayan iranlı siyasi şərhçi Aslan Sulatni səsləndirib. O qeyd edir ki, hazırda Avropaya enerji ixracında Azərbaycan əsas rolu oynayır. 

- Aslan bəy, İranla Azərbaycan arasında münasibətlər hər birimizə məlumdur. Biz ölkə liderlərinin Türkmənistan səfərinin şahidi olduq. Keçən günlərdə də XİN başçılarının görüşü. İran-Azərbaycan münasibətlərində müharibədən sonrakı buzlar əriyirmi?

- Bu buzlar rahat ərimiyəcək. Hazırda enerji ixracında əsas rolu Azərbaycan oynayır. Şahid oluruq ki, Azərbaycanda həm İranın, həm də Rusiyanın maraqları artmaqdadır. Türkmənistanda keçirilən görüşdən sonra Türkmən qazının Xəzər dənizi üzərindən Azərbaycana və buradan da Avropaya nəql edilməsi mövzusu ortaya gəldi. Çox ehtimal ki, bu reallaşacaqdır. Bu da xüsusən İranı narahat edir. Bilirsiniz ki, İran, Qətər və Rusiya dünyanın ən çox qaz ehtiyyatı olan ölkələrindəndir. Bu İranı təbii olaraq narahat edir. İran bu məsələdən pay götürmək niyyətindədir.

- Dediyiniz məqamda İran buna müvəffəq olacaq?

- Nə dərəcədə istəyinə müvəffəq olacağını bilmək olmaz. Açıq şəkildə ortadadır ki, İran üzərində də sanksiyalar var. Belə olduqda enerji ixracında İran çətinlik çəkir. İran Azərbaycanla münasibətlərdə bu günün, dünənin məsələsi deyil, Azərbaycanda birinci Cümhuriyyətin qurulmasından bu yana, hər zaman indiki siyasətini, yəni ikiüzlü və hücumkar siyasətini Azərbaycan üzrə davam etdirir. Sovet dövründə, hansı ki, İranda şah dövrü idi, - o zaman bu yox idi. Sovet rejimi dağılıqdan sonra, təbii ki, Azərbaycan müstəqil oldu və İranın mövqeyi də başqa oldu. Normalda ölkələr bir biriləri ilə görüşlərdə, diplomatiyada çox böyük dəyişikliklərə getməzlər. Çox rahatlıqla nə buzlar əriyə bilir, nə də dostluqlar düşmənliyə çevrilə bilir. Taktiki olaraq İran tərəfindən Azərbaycana qarşı bəzi yumuşalmalar ola bilər. Bu da İranın sıxıntılı vəziyyətindən asılıdır.

Çünki sanksiyalar və embarqolar İran üzərində hər gün artır. 2024-cü ildə, Amerika Birləşmiş Ştatlarında seçkilər yaxınlaşır. Demokratların qazanacağı da bəlli deyil. Bunların hamısını göz önünə aldığımızda mənə elə gəlir ki, İran enerji məsələsində Azərbaycanla yumuşamalara gedə bilər. 

- Ümumilikdə bu yumuşalmanı ciddi qəbul etməməliyik?

- İran və fars diplomatiyası güvənilməzdir. Bunu Azərbaycan diplomatları da çox yaxşı bilir. Azərbaycan da enerji tədarükünü artırmaq üçün bu taktikadan istifadə edə bilər. 

- Biz görürük ki, İran hökuməti də Zəngəzur dəhlizinin reallaşmasını istəmir. Buna səbəblər nələrdir?

- Ermənistan Zənəgzur dəhlizinin reallaşmasını yubatmaqdadır. Tehran da dəhlizin reallaşmaması üçün Ermənistanın bir nömrəli dəstəkçilərindəndir. Burada bir alyans var. – Rusiya, İran, Ermənistan alyansı. Bunları da Azərbaycan və Türkiyə alyansına qarşı deyə bilərik. Açıq deyə bilərəm ki, Azərbaycanda baş verən neqativ halların çoxunda İranın əli var. Məsələn, Azərbaycanda kimlərsə aclıq aksiyası edirsə, bu, İrandan qaynaqlanır. Burada rəsmi Tehranla yanaşı, rəsmi Moskvanın da adını çəkə bilərik. Qısacası, İranın Azərbaycanla uzunmüddətli normallaşma prosesi ilə bağlı proqnoz vermək mümkün deyil. Yalnız qısamüddətli normallaşma ola bilər.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO