“Qoşulmama Hərəkatının effektivliyi Azərbaycan sədrliyi dövründə həqiqətən inkişaf edib. Son illərdə atılan addımlar, bu hərəkatın üzvlərinin aktivləşməsi onu göstərir ki, Azərbaycanın sədrliyi dövrü çox məhsuldar olub”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Millə vəkilinin sözlərinə görə digər üzv ölkələr bu məhsuldarlığı gördüyü üçün yekdilliklə növbəti ildə də Azərbaycanın sədrliyini dəstəklədi:
“120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Bildiyiniz kimi, Azərbaycan sədrliyi dövründə bir sıra təşəbbüslərlə çıxış etmişdi ki, bu təşəbbüslərin həyata keçməsi bütün üzv dövlətlər üçün olduqca əhəmiyyətli olmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Qoşulmama Hərəkatının daimi ofisi Bakıda ola bilər? – Azərbaycan TƏŞƏBBÜSLƏRİ ilə liderliyi əla alır
Pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi bu xəstəliyə qarşı mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi.
Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdu. Həmçinin dünyanın iqtisadi böhranla üz-üzə qaldığı bir vaxtda Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi.
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdı. Əlbəttə bu siyahını genişləndirmək də olar.
Cənab prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın bu təşkilatın sədrliyi dövründə atdığı addımlar daim öz aktuallığını qoruyub.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Bu baxımdan növbəti ildə də Qoşulmama Hərəkatı üçün Azərbaycan verdiyi töhfələr fərqlənəcək”.
Bizim.Media