Ermənistanda səfirlik açmayan yeganə MDB ÖLKƏSİ – Onları Azərbaycanla hansı tellər BAĞLAYIR? 

Ermənistanda səfirlik açmayan yeganə MDB ÖLKƏSİ – Onları Azərbaycanla hansı tellər BAĞLAYIR? 

Hazırda oxunan: Ermənistanda səfirlik açmayan yeganə MDB ÖLKƏSİ – Onları Azərbaycanla hansı tellər BAĞLAYIR? 

81968

Özbəkistan ərazisinə və əhalisinə görə dünyada 3-cü ən böyük türk dövlətidir. Özbəkistan uran ehtiyatlarına görə dünyada 4-cü, qızıl yataqlarına görə ilk 10 ölkədən biridir.

Bundan əlavə, təbii qaz yataqlarına görə bu ölkə dünya sıralamasında 11-cidir. Amma hər bir Azərbaycanlını Özbəkistan bir türk dövləti olaraq daha çox maraqlandırır. Ən qəribə burasıdır ki, özbəklər məişətlərinə, adət -ənənələrinə görə Azərbaycanlılara digər türk xalqlarından daha yaxındır.

Ən başlıcası isə özbəklər türk xalqları arasında daha çox Azərbaycanlıları sevirlər. Lakin, son 30 ildə Özbəkistanın siyasi rəhbərliyinin eqosu üzündən özbəklər Azərbaycanlılara öz sevgilərini tam ifadə edə bilməyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Özbəkistan səfəri – Prezidentin çıxışından 10 MÜHÜM MESAJ 


2018-ci ildən sonra isə bu sevgi çox gur alovlanıb. İndi hər bir özbək ailəsi daha öncə Azərbaycanı ziyarət etmək istəyir. Bəs bu sevginin səbəbləri nədir?

Bizim.Media məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri Əziz Əlibəyli ilə həmsöhbət olub.

Əziz Əlibəyli bildirib ki, “Tək bir faktı deyim ki, Özbəkistan Ermənistanda səfirlik açmayan yeganə MDB ölkəsidir. Heç kimə sirr deyil ki, əksər ölkələrdə olduğu kimi bir çox türk dövlətlərində güclü erməni diasporası var. Amma Özbəkistanda hər hansı bir erməni aktivliyini görməzsiniz. Özbəkistan parlamentində bir dənə də olsun erməni yoxdur.

Bundan əlavə, 44 günlük müharibədən sonra Özbəkistan Qarabağda dinc quruculuqda iştirak etmək təşəbbüsü ilə çıxış edən ilk ölkələrdən biri idi. Onlar Qarabağda çox sayda məktəb tikintisinə boyun oldular”.
Şöbə müdiri əlavə edib ki, əslində özbək və Azərbaycan xalqlarının oxşar xüsusiyyətləri digər türdilli xalqlardan daha dərindir:

“Özbəklər Səmərqənd, Xivə, Buxara kimi şəhərlərdə Azərbaycan memarlığını göz bəbəyi kimi qoruyublar. Və bunu şüurlu surətdə ediblər. Xüsusən Səmərqənd dolayı ifadə eləsək sanki qədim Azərbaycan şəhəridir. Sanki qədim Təbrizdir, qədim Şirvandır. Onu da deyim ki, bu şəhərlər vaxtilə Əmir Teymurun Azərbaycandan apardığı yüzlərlə ailənin yaşadığı ulu yerlərdir”. 

Əziz Əlibəylinin vurğulayıb ki, ötən əsrdə Daşkənddə baş verən dəhşətli zəlzələdən sonra ilk yardıma yetən Azərbaycanlılar olmuşdu:

“Burada o zaman Azərbaycanın hesabına böyük yaşayış məntəqəsi inşa edilib. Azərbaycanlı ailələr orada digər ölkələrdə olduğu kimi özlərini qərib hiss etmirlər. Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi özbək qardaşlarımız üçün çox maraqlıdır, əzizdir.
Xalq musiqisi bir yana Azərbaycan meyxanaları orada dillər əzbəridir. Küçədə, avtomobildə, restoranlarda ən çox Azərbaycan musiqisi səslənir. Bir sözlə, özbəklər bizi bizim təsəvvür etmədiyimiz qədər çox sevirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO