İrandan gələn təhdidlərin artma SƏBƏBLƏRİ – Xameneyinin müşavirini narahat edən nədir?

İrandan gələn təhdidlərin artma SƏBƏBLƏRİ – Xameneyinin müşavirini narahat edən nədir?

Hazırda oxunan: İrandan gələn təhdidlərin artma SƏBƏBLƏRİ – Xameneyinin müşavirini narahat edən nədir?

81796

İranın dini lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə ali müşaviri Əliəkbər Vilayəti Azərbaycan-İsrail əlaqələrini tənqid edən açıqlamalarla yadda qalıb.

"Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir", - deyə Vilayəti “Tasnim”ə verdiyi müsahibədə iddia edib.

"Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır. İranının ali dini rəhbəri və ona tabe olan silahlı qüvvələr xüsusilə də SEPAH mütəmadi olaraq Azərbaycana qarşı yersiz fikirlər səsləndirir. Bu fikirlərin və münasibətin əsasında isə Azərbaycanla İsrail arasında münasibətlərin daha da intensivləşməsi dayanır”, - deyə Vilayəti əlavə edib.

Tehran rəsmisinin açıqlamalarını Bizim.Media üçün şərh edən politoloq Amid Əliyevin sözlərinə görə, İranının ali dini rəhbəri və ona tabe olan silahlı qüvvələr, xüsusilə də, SEPAH mütəmadi olaraq Azərbaycana qarşı yersiz fikirlər səsləndirir. 

“Bu fikirlərin və münasibətin əsasında isə Azərbaycanla İsrail arasında münasibətlərin daha da intensivləşməsi dayanır”, - deyə politoloq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran yenə də Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədi


Amid Əliyev qeyd edib ki, Azərbaycan İranla münasibətlərin ən üst həddə qurulmasına və qarşılıqlı əməkdaşlığa xüsusi fikir verib: 

“Bunula bağlı, Azərbaycan bölgə üzrə “3+3” əməkdaşlıq platforması daxilində bu məsələni daha da təşviq edir. Eyni zamanda İranın Azərbaycanda xüsusilə də azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə Azərbaycan tərəfindən rəsmi dəstək verilib. Hətta, Ermənistanı təzyiq altında saxlamq məqsədilə Zəngəzur dəhlizinə paralel yeni yolun çəkilməsi də məhz İran ərazisindən mümükün oldu”.

Amid Əliyev Azərbaycanın mehriban qonşuluq siyasətinə rəğmən, İranın xarici və daxili təzyiq yoluna əl atdığına da diqqət çəkib:

“İranın hakim dairələri, xüsusilə də, dini seqmenti daima Azərbaycanı təhdidedici çıxışlar və informativ videolarla hədələməyə və ya xəbərdarlıq etməyə çalışır. Son günlər İranının dini radikalları tərəfindən ruhlandırılan bəzi şəxslər də bu atəşə odun olmaq rolunda çıxış etməyə başlayıblar. Azərbaycanda dini radikalizm əsasında islahatların keçirilməsi yolu ilə hakimiyyətə təzyiq xülyasında olanların fikirləri həmişə olduğu kimi bu dəfə də puç oldu”. 

Politoloq Xameneyinin müavinin yenidən bu fikirləri səsləndirməsini bir neçə nüansla izah edib:

1. İranla Azərbaycan arasında Aşqabadda ikitərəfli və regional əməkdaşlıq müzakirə olunub, yeni imkanlar dəyərləndirilib;

2. Azərbaycanın bölgədə artan nüfuzu və müstəqil xarici siyasəti; 

3. Zəngəzur dəhlizinin açılması və İranın Fars körfəzi-Qara dəniz marşrutunun əhəmiyyətini itirməsi;

4. İsrail ilə Azərbaycan arasında münasibətlərin daha da intensivləşməsi və xüsusilə Qarabağda, Şərqi Zəngəzurda İsrail iş adamlarının iştirakı”.

Politoloqun sözlərinə görə, indiki zamanda belə bəyanatın verilməsi İranın daxili siaysi vəziyyətinə hesablanıb:

“Qeyd olunanların nəticəsi olaraq onu demək olar ki, bu bəyanatlar ənənəvi olaraq ancaq bəyanat xarakteri daşıyır və Azərbaycana qarşı hansısa müstəvidə real təhlükə yaratmaq qüvvəsinə malik deyildir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO