"Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik" - TƏKLİF 

Hazırda oxunan: "Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik" - TƏKLİF 

81485

“30 il Minsk qrupu Qarabağa gəlib-gedib. Onlar burada nəyə baxıb, nəyi görüblər?”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.

Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupu Azərbaycana qarşı törədilən vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır:

“Torpaqlarımız onların gözü qarşısında işğal edilib. Minlərlə abidələrimiz onların gözləri qarşısında talan edilib, təbiətimiz məhv edilib. Ermənilərin vəhşilikləri həmsədrlərin gözləri qarşısında olub.
Onlar bizim gedə bilmədiyimiz yerləri vaxtında gedib görüblər. Bütün erməni alçaqlığını görərək susmaq və Azərbaycanı barışığa səsləmək cinayətə şərik olmaqdır. Heç bir beynəlxalq missiya bu yükün altından çıxa bilməz.

Cinayəti görüb susmağın özü də cəzasız qala bilməz. Biz bütün qarabağlılar və azərbaycanlılar adından Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO