Ukraynada nüvə silahından qorunma TƏLİMLƏRİ - “Bütün Avropanı dəhşət gözləyir” 

Ukraynada nüvə silahından qorunma TƏLİMLƏRİ - “Bütün Avropanı dəhşət gözləyir” 

Hazırda oxunan: Ukraynada nüvə silahından qorunma TƏLİMLƏRİ - “Bütün Avropanı dəhşət gözləyir” 

81342

Son bir həftədə Rusiya Ukraynadakı hərbi fəallığını artırıb. Qərbin bütün dəstəyinə baxmayaraq Rusiya Ukraynanın içərilərinə doğru irəliləyir. Hətta mart ayından sonra ilk dəfə Kiyev şəhəri raket atəşinə tutulub. Bununla paralel yayılan xəbərlərdə deyilir ki, Rusiya məsələni birdəfəlik həll etmək üçün atom silahından istifadə etməyə hazırlaşır.

Ukraynada nüvə müharibəsi zamanı mülki əhalinin qorunması üçün təlimlərə başlanıldığı da gəzən xəbərlər arasındadır. Bəs nüvə bombasından xilas mümkündürmü?

Məsələ ilə bağılı Bizim.Media hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ukrayna nüvə silahı əldə edə bilər" - Putin


O, bildirib ki, “artıq 125 gündür ki, Ukraynada müharibə gedir. Bu müddətdə ən müasir silahlardan istifadə olunub. Hətta uzunməzilli raketlər belə sınaqdan çıxarılıb. Lakin 5 ay davam edən müharibədə hələ ki, qalib müəyyən edilməyib. Ona görə də yaxın vaxtlarda Ukraynada nüvə başlıqlı raketlərdən istifadə istisna olunmur. Çünki, müharibənin uzanması Rusiyaya sərf eləmir. Məhz nüvə başlıqlı raketlərdən istifadə etməklə Moskvanın məsələni tezləşdirmək istəyi ola bilər”.

Hərbi ekspert onu da bildirib ki, “artıq Ukraynada, konkret olaraq Kiyevdə nüvə bombasından qorunmaq üçün təlimlərə başlanılıb.

Bu bombanın atılacağı ərazilərdə insanların açıq su hövzələrindən istifadə etməmələri, qidalanmadakı ciddiyyət və sığınacaqlar barədə məlumatlar verilir, əhaliyə ən zəruri preparatlar paylanılır. Amma bütün hallarda nüvə silahından qorunmaq heç də asan olmayacaq. Bu isə təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün dəhşətli nəticələr doğura bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO