“Bu formatda ilk görüş keçirilir. Bu tarixi görüşə ev sahibliyi etməkdən məmnunluq duyuruq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 3 ölkənin xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir - İLK DƏFƏ
“Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır. Hazırda qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Üçtərəfli əlaqələrimizi bu səviyyədə gözdən keçirməyimiz olduqca aktualdır. Ölkələrimizin daha sıx qarşılıqlı fəaliyyət göstərəcəyi əhəmiyyətli sahələrdən biri də regionda nəqliyyat dəhlizləridir” – deyə nazir qeyd edib.
Bizim.Media