Ceyhun Bayramov:

Ceyhun Bayramov: "Kommunikasiyaların bərpasında irəliləyiş əldə olunub" 

Hazırda oxunan: Ceyhun Bayramov: "Kommunikasiyaların bərpasında irəliləyiş əldə olunub" 

80822

“Müharibə bitəndən dərhal sonra Azərbaycan müharibə səhifəsini çevirməyə və iki ölkə arasında sülhün bərpasına başlamağa hazır olduğunu bildirib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla Lavrov arasında geniştərkibli görüş başa çatdı – YENİLƏNİB / VİDEO  


XİN rəhbərinin sözlərinə görə, 2022-ci ilin fevral ayında isə Azərbaycan növbəti addımı ataraq Ermənistan tərəfinə ölkələrarası münasibətlərin bərpası ilə bağlı 5 əsas prinsipi təqdim edib:  

“Yeri gəlmişkən qeyd edim ki, bu addım pozitiv qarşılandı və bundan sonra diplomatik aktivlik yarandı. Nəhayət, onu qeyd etmək istəyirəm ki, bu gün bizim müzakirələrimiz zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı mümkün treklərin içində ən çox kommunikasiya əlaqələrinin açılması məsələsində irəliləyiş əldə etdik.

Düzdür, bununla bağlı hələ konkret heç nə yoxdur, amma hər halda düşünürük ki, normallaşma əldə etmək baxımından ciddi əhəmiyyət daşıya və irəliləyiş ola bilər.

Xatırladım ki, üçtərəfli bəyanata kommunikasiya əlaqələrinin yaradılması ilə bağlı bəndin qoyulmasını tələb edən də Azərbaycan tərəfi idi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO