Zahid Oruc: “Biz Qərbi Zəngəzur yolunu tikməyə hazır olmalıyıq”

Zahid Oruc: “Biz Qərbi Zəngəzur yolunu tikməyə hazır olmalıyıq”

Hazırda oxunan: Zahid Oruc: “Biz Qərbi Zəngəzur yolunu tikməyə hazır olmalıyıq”

80439

“Dəyişikliklərdən sonra yerləşdiyimiz regionda Gürcüstanın dövlət büdcəsi 6.3 milyard dollar, Ermənistanın isə 4.4 milyard dollar olduğunu nəzərə alsaq, Azərbaycanın dövlət büdcəsi iki Cənubi Qafqaz ölkəsinin birgə büdcəsindən iki dəfə artıq olacaq”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman millət vəkili Zahid Oruc səsləndirib.  

Deputat qeyd edib ki, keçmiş sovet məkanında Rusiya-Ukrayna savaşı şəraitində ilin ortasında büdcə xərclərinin kəskin artırımına gedən dövlət yoxdur:  

“Əvəzində “taxıl və silah” termini indi yanaşı işlənir. Müharibə hazırki templə davam etsə, nəinki silah və hərbi texnika, eləcə də qeyri-ərzaq xarakterli istənilən məhsulu verib, öz xalqının çörəyə ehtiyacını ödəməyə çalışan dövlətləri görəcəyik. Hətta İsveç, Finlandiya kimi neytral ölkələr də tarixi seçim qarşısındadılar.  

Ona görə də dövlət başçısının qərarının təkcə iqtisadi deyil, daha çox hərbi-siyasi və təhlükəsizlik xarakteri daşıdığına şübhə yoxdur. Son 30 ildə ölkəmizin həyatından qopmuş Qarabağ torpaqlarını təkcə ordu və silahla deyil, həm də inşaat və quruculuq, infrastruktur və nəqliyyat tədbirləri ilə yenidən xalqa qazandırmaq gərəkdir”.  

Millət vəkilinin sözlərinə görə, büdcəyə edilən yeni artım Zəngəzur yolunun açılması üçün Prezident planının gücləndirilməsinə xidmət edir:  

“Biz indi nəinki sərhədlərin açılması, eləcə də Naxçıvanla quru kommunikasiya ilə birliyi üçün 42 km-lik Qərbi Zəngəzur yolunu da tikməyə hazır olmalıyıq. Subyektiv olaraq irəli sürdüyümüz bu mövqe dövlət başçısının hökumətə, iş adamlarına, vətəndaşlara və xarici kampaniyalara çağırışından irəli gəlir.
Əgər hər hansı əcnəbi şirkət gəlib Şərqi Zəngəzurda çalışırsa, onda milli şirkətlərimiz də gedib Qərbi Zəngəzur yolunu qısa müddətdə tikə, tarixi yolu bərpa edə bilərlər. Beləliklə, 2.4 milyard manatlıq ayırmaların yönəldiyi sahələr Ermənistanın sülh istəməyən dairələrinə təzyiqi gücləndirəcək. Çünki quruculuq tədbirləri 44 günlük Vətən müharibəsinin davamıdır. Beləliklə, büdcəni artırmaqla dövlət başçısı “Qarabağa qayıdışı” sürətləndirir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO