Yanvarın 8-də ermənilər yenidən Ədliyyə nazirliyinin qarşısında etiraz aksiyayı keçiriblər.
Bizim.Media erməni mətbuatına istinadən bildirir ki, bu dəfə erməni milləti Paşinyanı istefaya çağırmayıb, əksinə, onlar 11 yanvar tarixində Moskvada keçirilicəyi güman edilən üçtərəfli görüşdə guya Ermənistana aid olan torpaqların bir hissəsinin Azərbaycana verilməsi haqqında olan sənədi tələb ediblər.
MÖVZU İLƏ BAĞLI:
Moskva görüşündən sonra müharibə yenidən başlaya bilərmi? – EKSPERT
Hazırda erməni cəmiyyəti nədən qorxur?
10 noyabr imzalanan üçtərəfli sülh bəyanatına görə, Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin yaradılması, sərhədlərin delimitasiyasının SSR bölgüsü üzrə aparılması, Qarabağ ərazisindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında bəndlər var idi.
Ermənistanın baş naziri buna razı olaraq həmin o sənədə imza atıb.
Bu qanunlar isə gec-tez həyata keçirilməlidir. Əks halda, təcrübəyə əsaslanaraq demək olar ki, müqaviləyə riayət etməyəcəyi təqdirdə erməniləri böyük fəlakət gözləyir. Onlar bunun sadəcə sözdə olmayacağını 44 günlik müharibə ərzində şahidi olublar.
Bəs indi bu etirazlar nəyə görədir? Erməni cəmiyyəti özünü nə qədər aldatmaq arzusundadır.
Ölkənin Ədliyyə Naziri Rustam Badasyan 10 noyabr sazişində yer alan bəndlərin qanunla yerinə yetirilməsindən bəhs etməyərək yenə erməni xalqını aldatmaqda davam edir.
O, 10 noyabr bəyanatında yer alan bəndlərin (Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin yaradılması, sərhədlərin delimitasiyasının SSR bölgüsü üzrə aparılması, Qarabağ ərazisindən erməni silahlı qüvvələrinin çıxarılması) vacibliyini vurğulamaqdansa, burada yer alan qanunların ancaq üçtərəfin istəyindən ibarət olduğunu deyib.
Paşinyan isə dəhlizin açılmasını, Ermənistanı blokadadan çıxarmaqda maraqlı olduğunu dilə gətirib.
Lakin o da əsirlər barədə Azərbaycan tərəfi ilə razılığa gəlmədiyi təqdirdə bu bəndlərin heç birinin yerinə yetirilməyəcəyini bildirib.
Görünür, ermənilər hələ də Qarabağın Azərbaycan olduğunu, orada Azərbaycan qanunları ilə yaşayacaqlarını hələ də dərk etmək iqtidarında deyillər. Ya da, bilə-bilə bunu boyunlarına almaq istəmirlər.
Vüsalə Balayeva, Bizim.Media