“Rusiyanın yeni gərginlik ocağı yaratması ağılsızlıq olardı” – ŞƏRH

“Rusiyanın yeni gərginlik ocağı yaratması ağılsızlıq olardı” – ŞƏRH

Hazırda oxunan: “Rusiyanın yeni gərginlik ocağı yaratması ağılsızlıq olardı” – ŞƏRH

78569

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbengerin iyunun 9-da keçirilən brifinqdə səsləndirdiyi bir sıra fikirlər geniş müzakirələrə səbəb olub.

“Xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var və bu çox vacibdir. Ancaq Rusiya gözlənilməz hərəkət edə bilər. Biz bunu Ukraynada gördük. Ukraynada üzləşdikləri Rusiyanın gələcək addımlarına təsir edə bilər. Biz Baltik regionunda vəziyyəti görürük. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir”, deyə qeyd edən səfir əlavə edib ki, ABŞ bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və əgər bu regiondakı ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olarsa, ABŞ lazımi addımlar atacaq.

Amerikalı diplomatın fikirlərini Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, bu açıqlamalar Ağ Evin Cənub Qafqaz regionu ilə bağlı siyasi konsepsiyasından irəli gəlir:
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh prosesi yoxdur, imitasiyası var” – Tofiq Zülfüqarovdan Moskva görüşünün ŞƏRHİ


“Onlar bir çox hallarda Rusiya ilə sərhəd olan ölkələrin bu və ya digər formada Moskva ilə münasibətlərinin münaqişəyə çevrilməməsinin tərəfdarıdırlar. Biz bunu Gürcüstan nümunəsində də gördük. Saakaşvili dönəmində Qərb daha çox münaqişədən uzaq vəziyyəti formalaşdırmaq istəyirdi. İstisna etmirəm ki, onların Azərbaycana aid bu cür baxışları var”. 

Tofiq Zülfüqarov qeyd edib ki, baş verənlər ABŞ-ın tam şəkildə regionda gedən rəqabət prosesindən uzaq olmasına dəlalət etmir:

“Bölgədə Qərb və Rusiya arasında rəqabət mövcuddur. Bu baxımdan sözügedən açıqlama bir növ siqnaldır ki, ABŞ Azərbaycana köhnə modeli tətbiq edir. Bəlkə də Ukrayna münaqişəsi fonunda bu bəyanat səsləndirilib”.

Keçmiş nazir, ABŞ səfirinin qeyd etdiyi kimi, Azərbaycana qarşı Rusiya tərəfindən hər hansı təhdidlərin olması məsələsinə də aydınlıq gətirib:

“Hesab edirəm ki, xeyr, Azərbaycan eyni zamanda Rusiya ilə münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirib. Ölkələr arasında Moskva Bəyannaməsi imzalanıb. Eləcə də, Türkiyə faktorunu da Rusiya-Azərbaycan münasibətlərində yaddan çıxarmaq olmaz. Bəllidir ki, Azərbaycan-Türkiyə hərbi tandemi, müttəfiqliyi ciddi faktordur ki, üçüncü tərəflər bunu istənilən vəziyyətdə nəzərə almalıdırlar. Rusiyanın Ukrayna ilə bağlı düşdüyü çətin vəziyyət də onlara imkan vermir ki, digər bölgələrdə gərginlik üçün əsaslar yaratsınlar. Hər halda bu çox ağılsız siyasət olardı”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO