“Yunanıstanla qaz tikintisinin yekunlaşmasını gözləyirik, Azərbaycanla…” - YENİLƏNİB

“Yunanıstanla qaz tikintisinin yekunlaşmasını gözləyirik, Azərbaycanla…” - YENİLƏNİB

Hazırda oxunan: “Yunanıstanla qaz tikintisinin yekunlaşmasını gözləyirik, Azərbaycanla…” - YENİLƏNİB

76990

“Mən azərbaycanlı həmkarımı əmin etdim ki, enerji resurslarının və təchizatı mənbələrinin diversifikasiyası Bolqarıstan hökumətinin prioritetləri sırasındadır”.

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan xarici işlər naziri Teodora Gençovska Ceyhun Bayramovla görüşdən sonra bildirib.

 “Mən xatırlatdım ki, biz Yunanıstanla qaz bağlantısının tikintisinin tezliklə başa çatacağını gözləyirik ki, daha sonra Bolqarıstan üçün Azərbaycanla razılaşdırılmış təbii qazın həcmini tam reallaşdıra bilək”, - Gençovska əlavə edib.

Nazir qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycandan işgüzar nümayəndə heyətinin ölkəyə səfərini təşkil etməyə hazırdır.

Bolqarıstanlı nazir iki ölkə arasında turist axının artırmaq üçün Sofiya-Bakı birbaşa uçuşlarının bərpa olunmasının vacibliyini vurğulayıb.

Bizim.Media


***

Azərbaycan və Bolqarıstan arasında Strateji Dialoq iclası başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

İclasa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və bolqarıstanlı həmkarı Teodora Gençovska sədrlik edirlər.

Qeyd edək ki, C.Bayramov Bolqarıstanın paytaxtı Sofiyada səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO