Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı

Hazırda oxunan: Milli Məclisin yaz sessiyası başa çatdı

76988

Milli Məclisin 2022-ci il yaz sessiyası başa çatıb. 

Bizim.Media xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub. 

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda dövlət himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. 
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduqları zaman deputatlara müalicə olunmaları və istirahət etmələri üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO