“Türkiyə-Azərbaycan olaraq münasibətlərimizi ilk olaraq, strateji ortaqlığa, ötən il isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qaldırdıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - CANLI
“Enerjidən mədəniyyətə, müdafiə sənayesindən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş bir arealda güclü iş birliyi yaratdıq. "Akıncı" kimi zirvə nöqtəsində olan PUA İstanbuldan bura “non-stop” uçmaqla bir rekorda imza atdı. İnşallah, başqa yeniliklər də olacaq, bunları da görəcəyik”, - eyə Türkiyə Prezidenti əlavə edib.
Bizim.Media