"Məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam".
Bizim.Media xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - CANLI
O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı Azərbaycan və Türk dünyasını təbrik edib.
“Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərcəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın. Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən dediyi kimi - “ya mən səni alacağam, ya da sən məni”, - çalışın”. Tanrı türkü qorusun!", - deyə o, vurğulayıb.
Bizim.Media