Ərdoğan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı qərar verdi

Ərdoğan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı qərar verdi

Hazırda oxunan: Ərdoğan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı qərar verdi

7573

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin reallaşması üçün kommunikasiya xətləri və digər işlərin görülməsi barədə qərar verib.

Bizim.Media-nın məlumatına görə, Türkiyənin rəsmi mətbuat orqanında dərc olunan qərar əsasən bu işlər TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə tapşırılıb.

Qeyd edək ki, ötən ilin dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Layihəyə əsasən İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək.

Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək.

Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO