"Ermənistanı mehriban qonşuluğa dəvət edirik" - Allahşükür Paşazadə

Hazırda oxunan: "Ermənistanı mehriban qonşuluğa dəvət edirik" - Allahşükür Paşazadə

75112

"Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənərək yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılıb, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir:

"Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri var. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik.
Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO