“Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Türkiyə və İran) platformasının ikinci iclasına hazırlıq gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
“Hazırda formatın ikinci iclasına hazırlıq gedir. Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq.
Nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə gəlincə, bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşmış işçi qrupu tərəfindən gerçəkləşdirilir” – deyə Rudenko qeyd edib.
Xatırladaq ki, birinci iclas ötən ilin dekabrında Moskvada baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:37 / 17.05.2022
Altılıq platformasının ikinci iclasına hazırlıq gedir
Hazırda oxunan: Altılıq platformasının ikinci iclasına hazırlıq gedir
Hazırda oxunan: Altılıq platformasının ikinci iclasına hazırlıq gedir
74823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.