"Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşidmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında - CANLI YAYIM
"Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsünkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara", - Prezident vurğulayıb.
Bizim.Media