İlham Əliyev:

İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

Hazırda oxunan: İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

74349

"Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında - CANLI YAYIM


"Bunlar arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir. Bütün bu işlərin mərkəzində insan faktoru dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə.", - Prezident vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO