ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, istefada olan səfir Riçard Hoqland: “Beynəlxalq birliyin dəstəyi ilə ciddi danışıqlara başlamaq ideal olardı. Beynəlxalq birlik təkidlə tələb etməlidir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərdən getməyə çağıran 4 qətnaməsini yerinə yetirməyi öhdəyə götürsün. Bundan əlavə, beynəlxalq birlik yekdillikdə təsdiq etməlidir ki, Azərbaycanın suveren ərazisinə soxulmuş və onu işğal etmiş Ermənistan postsovet məkanında ən sərt beynəlxalq standartlardan birini - dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini pozub.
İstefada olan kontr-admiral Ron Maklaren: “Birləşmiş Ştatlar bu böhranın həllində fəal rol oynamalıdır. Söhbət həm ABŞ-ın iqtisadi maraqlarından, həm də dünya miqyasında nifuzundan gedir. Bu səbəbdən, belə mübahisələrin həllinə kömək göstərmək üçün ABŞ-ın öz siyasəti olmalıdır”.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta: “Bakı-Tbilisi-Ceyhan boru kəməri zədələnsə həm strateji, həm də iqtisadi nəticələrə gətirib çıxara bilər”.