“ABŞ Bakının Qərb tərəfindən diqqətdən kənarda qalmasını və Moskvaya tərəf dönməsini istəmir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Amerikalı analitik, ABŞ-ın keçmiş Dövlət Katibi Ceyms Beykerin Sovet Vətəndaşlığı və Baltikyani işlər üzrə xüsusi müşaviri Pol Qobl söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Pol Qobldan Füzuli hava limanının açılışı haqda AÇIQLAMA
ABŞ Dövlət Katibi Entoni Blinkenin son dönəmlərdə tez-tez Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmasını şərh edən Pol Qobl bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tərəfdarıdır:
“Düşünürəm ki, ABŞ sülh sazişi istəyir, amma eyni zamanda əminəm ki, ABŞ Bakının Qərb tərəfindən diqqətdən kənarda qalmasını və Moskvaya tərəf dönməsini istəmir”.
Leyla Şah, Bizim.Media