Ərdoğan: “İlham Əliyevlə Rize-Artvin hava limanının açılışını edəcəyik” - VİDEO

Ərdoğan: “İlham Əliyevlə Rize-Artvin hava limanının açılışını edəcəyik” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “İlham Əliyevlə Rize-Artvin hava limanının açılışını edəcəyik” - VİDEO

73579

"Şənbə günü – mayın 14-də Rize-Artvin hava limanının açılışı olacaq". 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. 

"Dünyada dəniz üzərində tikilmiş 5 hava limanı var, onlardan ikisinin sahibiyik. Bunlardan biri Ordu Giresun hava limanıdır. İkincisi isə Rize-Artvin Hava Limanı olacaq. Bu açılış mərasimində qardaşım Azərbaycan Prezidenti İlham Əliyev bizimlə olacaq. Bu açılışı birlikdə həyata keçirəcəyik” - deyə ölkə başçısı vurğulayıb.

Qeyd edək ki, Rizenin Pazar bölgəsində, Yeşilköydə 1000 hektar sahədə layihələndirilən Rize-Artvin Hava Limanının təməli 3 aprel 2017-ci ildə atılıb. İldə 3 milyon sərnişinə xidmət göstərməsi gözlənilən hava limanının tikintisi 1 milyard 78 milyon lirəyə başa gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO