UNESCO-dan Ermənistandakı abidələrimizin aqibəti ilə bağlı ABSURD CAVAB – İrəvandan müraciət gözləyirlər...  

UNESCO-dan Ermənistandakı abidələrimizin aqibəti ilə bağlı ABSURD CAVAB – İrəvandan müraciət gözləyirlər...  

Hazırda oxunan: UNESCO-dan Ermənistandakı abidələrimizin aqibəti ilə bağlı ABSURD CAVAB – İrəvandan müraciət gözləyirlər...  

73472

Azərbaycan illərdir dünya mədəni irsini qorumaq missiyasını öz üzərinə götürmüş UNESCO-ya rəsmi müraciətlər ünvanlasa da, qurumun indiyə kimi hər hansı qəti addımına şahid olmamışıq. Hətta fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan görüşdə UNESCO-nun bölgəyə missiya göndərməsi razılaşdırılsa da, bu məsələdə də aktiv fəaliyyətə şahidlik etmirik.
 

MÖVZU İLƏ BAĞLI:

YUNESKO-da KORRUPSİYA – Erməni vandallarının dağıtdığı abidələrimizin taleyini bu quruma etibar etmək olarmı?


Bir neçə gün öncə isə Fransada yaşayan soydaşlarımız tərəfindən Ermənistanda vandalizm aktlarına məruz qalmış abidələrimizin vəziyyəti ilə bağlı UNESCO-ya sorğu ünvanlanıb.

Təəssüf ki, qurumdan gələn ötəri cavab da əvvəlki ritorikadan heç nə ilə fərqlənməyib: 

“UNESCO-nun missiya həyata keçirməsi üçün həmin ölkə səy göstərməlidir” 

Yəni, Ermənistan öz törətdiyi vandalizm əməllərinin araşdırılmasını UNESCO-dan özü xahiş etməlidir.   
Fransada yaşayan soydaşımız Zaur Sadıqbəylinin sözlərinə görə, UNESCO-nun bu cavabından iki nəticə çıxarmağımız mümkündür: 

1. Ermənistan hələ əməkdaşlıq etmək istəmir; 

2. Beynəlxalq hüquq bunun qarşısında zəif və acizdir. 

Təbii ki, hər iki nəticənin doğruluq payı şübhə doğurmur. Yaxşı xatirimizdədir ki, 30 il ərzində Azərbaycanın çağırışlarına məhəl qoymayan təşkilat 44 günlük müharibədən sonra birdən-birə əl-ayağa düşmüşdü. Bunun da səbəbi yaxşı məlumumuzdur. Ermənilərin “əzilən xalqımız”, “dağıdılan abidələrimiz” çağırışları və lobbinin fəaliyyəti bu nəticəni doğurmuşdu. Lakin onların gözləntiləri də ürəklərində qaldı. 

Çünki dağıdılmış 65 məscidi qoyub, bir kilsənin arxasıyca düşən təşkilatın olan-qalan reputasiyası da bununla məhv olardı. Lakin yenə də UNESCO-nun obyektivliyindən danışmaq sadəlöhvlük olardı. 

Eləcə də, adı korrupsiya ittihamı ilə hallanan fransızın rəhbərliyi altında... 

Bir müddət öncə, bütün dünyada geniş müzakirələr səbəb olan UNESCO-dakı korrupsiya skandalı oxuyucularımızın, yəqin ki, yadından çıxmayıb. Belə ki, təşkilata rəhbərlik edən Fransanın sabiq mədəniyyət naziri Odri Azulay ailəsinin Venesiyada lüks istirahətini təşkilatın ayırdığı maliyyə hesabına  təşkil etməsi faktı ortaya çıxmışdı. 

UNESCO-nun fəaliyyətini şübhə altına salan digər məqamsa təşkilatın qərargahının Fransada yerləşməsi ilə bağlıdır. Bu isə təşkilatı erməni diasporunun təzyiq və təsir hədəfinə çevirməyə bilməz. Deməli ölkəmizə qarşı ikilistandartlar da qaçılmazdır.  
Sadalanan məqamları diqqətdə saxladıqda isə UNESCO-nun Ermənistan ərazisində, eləcə də Qarabağda vandalizmə məruz qalmış abidələrimizə real qiymət verəcəyi ehtimalları gerçəklikdən xeyli uzaq görünür. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO