Son günlər mətbuatda və sosial şəbəkələrdə Ermənistanın Gorus rayonuna aid edilən Şurnuxu kəndinin Azərbaycana yoxsa Ermənistana aid olması haqqında ciddi mübahisələr gedir. Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi (QAQB) mövzu ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gorus-Qafan yolunun üzərində yerləşən Şurnuxu kəndini azərbaycanlılar salıb və 1989-cu ilədək həmin kəndin əhalisi ancaq azərbaycanlılardan ibarət olub:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusu Şurnuxuya daxil oldu - VİDEO
“Kəndin strateji əhəmiyyətini bilən ermənilər azərbaycanlı əhalinin rəyini nəzərə almadan Qubadlı rayonunun inzibati ərazisinə daxil olan Şurnuxu kəndini Ermənistanın Gorus rayonunun inzibati ərazisinə daxil etməyə nail olublar və məlum 1988-1991-ci illərdəki Ermənistanda yaşayan yerli azərbaycanlı əhalinin son deportasiyası zamanı Şurnuxu kəndinin azərbaycanlı əhalisi də erməni silahlı quldurlarının təqibindən Azərbaycan ərazisinə sığınmaq məcburiyyətində qalıblar".
"QAQB olaraq bəyan edirik ki, Şurnuxu kəndində 1989-cu ilədək bir nəfər də olsun erməni yaşamayıb və kəndin azərbaycanlı əhalisi öz şəxsi mülklərini heç bir erməniyə satmayıblar. Şurnuxu kəndinin sakinləri bu gün də doğma kəndlərinə sahib çıxıb doğma yerlərinə qayıtmağa hazırdılar və 32 ildir bu arzu ilə yaşayırlar. Azərbaycanın aidiyyatlı orqanları bu işə ciddi yanaşaraq Şurnuxu kəndinin Qubadlı rayonunun tərkibinə salınmasını təmin etməli və Şurnuxu kəndinin əzəli azərbaycanlı əhalisinin doğma kəndlərində məskunlaşmalarını təmin etməlidirlər”.
Bizim.Media