Finlandiya və İsveç nə zaman NATO-ya üzv olacaq? - Ekspert VAXTI AÇIQLADI

Finlandiya və İsveç nə zaman NATO-ya üzv olacaq? - Ekspert VAXTI AÇIQLADI

Hazırda oxunan: Finlandiya və İsveç nə zaman NATO-ya üzv olacaq? - Ekspert VAXTI AÇIQLADI

73085

“Hər şey 17 mayda keçiriləcək Finlandiya və İsveç prezidentlərinin görüşündən asılıdır”. 

Bu sözləri Bizim.Media-ya Mariya Zaxarovanın NATO-ya üzvlüklə bağlı Finlandiya və İsveçi təhdid edən fikirlərinə münasibət bildirən türkiyəli siyasi ekspert Prof.Dr. Selçuk Duman söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

NATO xarici işlər nazirləri bu məsələləri MÜZAKİRƏ EDƏCƏKLƏR


Ekspertin fikrincə, 17 may tarixində Finlandiya prezidenti İsveçə səfər edəcək və  bu görüşdən sonra iki ölkə birlikdə NATO-ya üzv olmaları ilə bağlı müraciət edəcəklər.

“Mariya Zaxarovadan öncə Dmitri Medvedev 7 və 14 apreldəki çıxışlarında Qərb ölkələrinə o cümlədən də Finlandiya və İsveçə mesaj vermişdi ki, Rusiya Qərbdəki canlı hərbi qüvvələrini iki dəfə artırmağı planlaşdırır”.

Ekspertə görə Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkə anladı ki, ehtiyatlı olmaqda fayda var. Rus qoşunları hər an onların qapısında ola bilər.

Rusiyanın mümkün vəziyyətini də şərh edən ekspert qeyd edib ki, bu ölkəni çox ağır günlər gözləyir: 

“7 min məhsulu üzərində embarqo qoyulan Rusiyanın iqtisadiyyatı xeyli zəifləyib və Avropanın bu ilin sonunda Rusiyadan aldığı neft və qazı dayandırması isə Rusiyanı çökdürən əsas səbəblərdən biri olacaq”.

“Bu isə sonun başlanğıcıdır”, – deyə Selçuk Duman fikrini tamamlayıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO