Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldıldı - SƏRƏNCAM

Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldıldı - SƏRƏNCAM

Hazırda oxunan: Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldıldı - SƏRƏNCAM

73074

Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO