İlham Əliyev köçkünlərin azad edilmiş ərazilərə dönüşü BARƏDƏ: “Başa düşürük, asan deyil”

İlham Əliyev köçkünlərin azad edilmiş ərazilərə dönüşü BARƏDƏ: “Başa düşürük, asan deyil”

Hazırda oxunan: İlham Əliyev köçkünlərin azad edilmiş ərazilərə dönüşü BARƏDƏ: “Başa düşürük, asan deyil”

72748

“İstədiyimiz odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Zəngəzur dəhlizi barədə VACİB AÇIQLAMA


“Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər”, deyə Azərbaycan lideri vurğulayıb.

İlham Əliyev xatırladıb ki, məcburi köçkünlər təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, uşaqlarının, nəvələrinin məktəbləri var:

“Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO