Ceyhun Bayramov Aİ ilə yeni sazişdən danışdı:

Ceyhun Bayramov Aİ ilə yeni sazişdən danışdı: "Tezliklə yekunlaşacağına ümid edirik" - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Aİ ilə yeni sazişdən danışdı: "Tezliklə yekunlaşacağına ümid edirik" - FOTO

71582

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın Latviya ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.

Nazir, iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların intensivliyinə istinad edərək, qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Latviyanın müdafiə naziri Artis Pabriks Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu qeyd edib.

O, Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğunu ifadə edib.

A.Pabriks Latviyanın Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

XİN rəhbəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə əhəmiyyət verdiyini qeyd edib və tərəflər arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına dair ümid ifadə edib.
Görüşdə tərəflər Ukraynadakı vəziyyət, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO